12 C
Baku
Saturday, November 23, 2024

Ceyhun Bayramov Mirzoyanla görüşəcək

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə tərəflər xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin imzalanması üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri sentyabr ayında görüşəcəklər.

Bundan əlavə, qeyd olunub ki, Brüsseldə liderlərin növbəti üçtərəfli görüşü noyabra qədər baş tutacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər