Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun yaradılmasının 75 illiyinə həsr olunan tədbirdə iştirak edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
Qeyd edilib ki, ABŞ Prezidenti Co Baydenin ev sahibliyi ilə keçirilən tədbir Vaşinqtonun Endryu Mellon adına Konfrans salonunda təşkil olunub.