8 C
Baku
Sunday, November 17, 2024

Ceyhun Bayramov: “Şərqi Zəngəzurda sənaye parkında Azərbaycan-Rusiya birgə mərkəzi yaradılıb”

Şərqi Zəngəzur regionundakı sənaye parkında Azərbaycan-Rusiya birgə mərkəzi yaradılıb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir Horadiz-Ağbənd dəmir yolu üçün Azərbaycanın Rusiyadan 20 min ton dəmir yolu relsi alacağını da əlavə edib.

“Həmçinin, Rusiya şirkətlərinin iştirak etdiyi önəmli layihələr arasında dəmir yolu xətlərinin bərpasını, Horadiz-Ağbənd dəmir yolu layihəsi üçün dəmir yolu relslərinin tədarükünü qeyd etmək olar. Rusiya şirkətləri ilə 20 min ton təmir yolu relsinin alınması barədə müqavilə var ki, onun artıq üçdə bir hissəsi yerinə yetirilib”.

Ceyhun Bayramov azad olunmuş torpaqlarda onlarla Rusiya şirkətinin fəaliyyət göstərdiyini vurğulayıb. O, Rusiya və Azərbaycanın dövlət qurumları, biznes strukturları arasında müntəzəm əlaqənin olduğunu da xatırladıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər