23 C
Baku
Friday, April 19, 2024

Ceyhun Bayramov Slovakiyanın Baş naziri ilə görüşüb

İyunun 7-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində Slovakiyanın Baş naziri Lüdovit Odor ilə görüşüb.

Banker.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Slovakiya arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni, turizm, humanitar və s. sahələr üzrə əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

C.Bayramov iki ölkə arasında mövcud dialoq, qarşılıqlı səfərlər və təmasların, o cümlədən siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib. Bu istiqamətdə, əlaqələrin daha da inkişafı istiqamətində Azərbaycan və Slovakiya arasında mövcud müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb və səfər çərçivəsində imzalanmış sazişin əhəmiyyəti qeyd olunub.

C.Bayramov işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, Slovakiya şirkətlərinin və sərmayədarlarının da görülən işlərə verə biləcəyi mümkün töhfədən danışıb.

Baş nazir Lüdovit Odor Slovakiyanın Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu, bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Digər xəbərlər