27 C
Baku
Tuesday, July 16, 2024

Ceyhun Bayramov Yunanıstan səfiri ilə görüşüb

27 oktyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosu ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilibNazir Ceyhun Bayramov Azərbaycanla Yunanıstan arasında münasibətlərin inkişafı naminə fəaliyyətinə görə səfirə təşəkkür edib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. Azərbaycanla Yunanıstan arasında son dövrlərdə artan təmasların, xüsusilə də cari ilin 1 oktyabr tarixində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşün əhəmiyyəti vurğulanıb. Siyasi səviyyədə dialoqun davam etməsinin vacib olduğu bildirilib.

Səfir Nikolaos Piperiqkos enerji və tranzit sahəsində əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin təməlində dayandığını qeyd edib. Səfir siyasi, iqtisadi, ticarət, nəqliyyat və tranzit kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişafı üçün potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Görüşdə ikitərəfli gündəlikdə duran bir sıra istiqamətlər, həmçinin regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov səfir Piperiqkosa ən xoş arzularını çatdırıb.

Son xəbərlər
Digər xəbərlər