6 C
Baku
Sunday, December 15, 2024

Ceyhun Bayramovla Tacikistanın xarici işlər naziri arasında telefon danışığı olub

Yanvarın 28-də Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İrandakı səfirliyinə qarşı edilmiş silahlı hücumu qınadığını, tutulan şəxsin qısa müddət ərzində cəsasının tapmasının zəruri olduğunu vurğulayıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Hücum nəticəsində qətlə yetirilmiş mühafizə xidmətininin rəisinin ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb. Tacikistanın Azərbaycana daim dəstək göstərməyə hazır olduğunu bildirib.

Nazir Ceyhun Bayramov başsağlığı və dəstək diləklərinə görə dost Tacikistanın xarici işlər nazirinə minnətdarlığını bildirib. Səfirliyimizə qarşı xain terror aktının icraçısı daxil, bütün sifarişçilərin və təşkilatçıların cəzalandırılmasının tələb olunduğunu diqqətə çatdırıb.

Son xəbərlər
Digər xəbərlər