CFA Level 1 təliminə qeydiyyat davam edir

0

Maliyyə dünyasını dəyişdirəcək liderlər yetişdirməyi qarşısına hədəf qoymuş və Azərbaycanın maliyyə sahəsində ixtisaslaşmış ilk və tək təhsil ocağı olan “Honours Academy – Institute of Finance”-də “CFA Level 1” təliminə qeydiyyat davam edir.

 CFA Institute” tərəfindən 2020-ci ilin İyun ayında təşkil edəcəyi rəsmi “CFA Level 1” imtahanına hazırlıq məqsədilə “Honours Academy – Institute of Finance” tərəfindən təşkil ediləcək “CFA Level 1” təliminə qeydiyyatdan keçən şəxslər həmçinin ödənişsiz olaraq Noyabr ayında başlayacaq 1 aylıq Pre-CFA təliminə də qoşula biləcəklər. Xatırladaq ki, Pre-CFA təlimi CFA təlimlərinə hazırlaşmaq istəyən, lakin İngilis dili biliyi zəif olan və ya CFA üzrə baza bilikləri olmayan tələbələrin baza biliklərini formalaşdırmaq məqsədi ilə Dünyada ilk dəfə olaraq “Honours Academy – Institute of Finance” tərəfindən tədris edilməyə başlanılmışdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Akademiya keçirilən dərslərin keyfiyyətinə əminliyin isbatı olaraq “CFA Level 1” təliminə qeydiyyatdan keçən hər kəsə  imtahandan ilk cəhddə uğurla keçəcəklərinə dair rəsmi şəkildə tanınan yazılı zəmanət verilir. Zəmanət müqaviləsinin şərtlərinə əsasən tələbə imtahanda uğursuz iştirak etdiyi halda imtahan üzrə ödənilmiş məbləğ Akdemiya tərəfindən tələbəyə geri ödənilir.

  Təlim proqramı ölkəmizin bir neçə böyük maliyyə və investisiya şirkətlərində çalışan, xaricdə təhsil almış, eləcə də CFA Charterholder statusuna sahib olan təcrübəli təlimçilər tərəfindən tədris olunur.

“CFA Level 1” təlim proqramı 5 ay əsas mövzular və 1 ay ümumi təkrar formasında müəyyən edilərək, 6 ay müddəti əhatə edir.

Təlim paketinə daxildir:

  1. The Chartered Financial Analyst təlimi (Level 1)
  2. Rəsmi və tam orjinal tədris kitabları
  3. Honours Academy tərəfindən tərtib edilmiş digər tədris vəsaitləri
  4. Sınaq imtahanları
  5. Əlavə praktiki dərslər

Təlimə qeydiyyatdan keçmək üçün ofisimizə yaxınlaşa və ya online qeydiyyat linkindən istifadə edə bilərsiniz:

https://forms.gle/oozh2f7z2UPswfEc8

Ünvan:

SAT Plaza, 13-cü mərtəbə, Bəşir Səfəroğlu küçəsi, 133

+99450 228 2320

+99412 408 2320

Websayt: www.honours.academy

Facebook: https://www.facebook.com/academyhonours