14 C
Baku
Thursday, March 28, 2024

CFA Level 1 təliminə qeydiyyat davam edir®

Biz hər birimiz bilirik ki, qida bazarında olan ət, yağ və s. məhsullarda olduğu kimi, qiyməti müəyyən edən əsas amillər məhsulun keyfiyyətli olması üçün çəkilən xərclərin miqdarı, ortaya qoyulmuş əmək və məhsulların orijinallığıdır.

Təlimi keyfiyyətli edən amillər isə təlimçilərin kimliyi, tələbəyə təqdim edilən tədris materialları, təlim üçün ayrılmış dərs saatlarının miqdarı və tələbəyə ayrılan diqqətdir.

CFA təlimləri də məhz elə təlimlərdəndir ki, məsuliyyəti kifayət qədər böyükdür. Bu səbəbdən də keyfiyyyətli olması üçün zəruri olan xərclərdən yayınmaq yolverilməzdir. Təlimi keyfiyyətli edən amillər isə məhz təlimçilərin kimliyi, tələbəyə təqdim edilən tədris materialları, təlim üçün ayrılmış dərs saatlarının miqdarı və tələbələrə olan professional yanaşmadır.

Bildiyiniz kimi, bütün təlimçilərin aldıqları qanorarlar təlimçilik bacarıqlarından asılı olaraq dəyişir. Keyfiyyətli tədrisi bacaran təlimçi ilə, tədrisi ümumiyyətlə bacarmayan təlimçi arasında olan təlabat təlimçiyə ödənilən qanorarları müəyyən edir. “CFA Chartholder” statuslu şəxs yaxşı təlimçidir, izah etmə qabiliyyətləri var və tələbəyə can yandırır anlayışı yalnışdır.

“CFA Level 1 – June 2020” sessiyası ilə birlikdə 7ci dəfə bu növ təlimləri təşkil edəcək Honours Academy bu günədək bazarda olan bir çox təlimçi ilə əməkdaşlıq etmiş, tələbələrin mənfi rəyləri əsasında həmin təlimçilərlə yollarını dərhal ayırmışdır. Bütün bu təcrübələrin və tələbələrin rəylərində əsasında artıq öz təlimçi heyətini formalaşdıran akademiyamız CFA təlimləri üzrə oturuşmuş təhsil ocağına çevrilmişdir.

Ümumiyyətlə təcrübə göstərir ki, CFA təlimləri üzrə təlimçi sayı çox yox az olduqda daha keyfiyyətli tədris mühiti formalaşır. Təlimçi sayı çox olduqda, hər təlimçiyə düşən zaman müddəti azalır ki, bu halda təlimçinin tələbənin biliyini qiymətləndirməsinə, boşluqlarını müəyyən etməsinə və onlarla dostlaşmasına zaman qalmır. Nəticədə təlimçidə tələbəyə qarşı aidiyyatlilik duyğusu formalaşmır ki, bu səbəbdən təlimçinin tələbəyə əlavə can yandırmaqda maraqlı olmur.

Təlim qiymətlərinin formalaşmasında digər xərclərdən biri də məhz tələbələrə təqdim edilən ədəbiyyatlardır.
Keçdiyi 6 sessiyada artıq imtahan üzrə dərin təcrübəyə yiyələnmiş Honours Academy “CFA Level 1 – June 2020” sessiyasında tələbələrinə əsas dərsliklərə yanaşı, tələbələri nəyinki imtahandan keçmək, hətta imtahanda yüksək nəticəyə fokuslandıracaq 7 ayrı dərslik və Honours Academy tərəfindən tələbələri üçün xüsusi hazırlanan təlim materiallarını təqdim edəcəkdir.

Peşəkar işçi komandasına malik olan Honours Academy daima tələbələrin ehtiyaclarını araşdırıb, onların imtahanda uğur əldə etməsinə yardımçı olacaq tədris materialları və təlim proqramları müəyyən edərək tələbələrin istifadəsinə verirlər. Honours Academy Dünyada ilk dəfə olaraq, #PRE-CFA adında “#CFA #Foundation” proqramını təsis etmiş və bütün tələbələrinə tamamilə ödənişsiz şəkildə olmaqla təqdim etmişdir. Cəmiyyətimizin inkişafında öz dəstəyini göstərməyə çalışan Honours Academy üçün sevindirici hal orasıdır ki, bu məhsul artıq bəzi təhsil mərkəzləri tərəfindən bəyənilərək istifadə edilməyə başlanılmışdır.

Təlim qiymətini müəyyən edən amillərdən digəri isə, tədris üzrə saat miqdarıdır. Məlumdur ki, təlim üzrə tədris saatı daha çox olduqda tələbənin dərsi başa düşməsi həm asanlaşır, həm də mövzu üzrə biliyi daha da möhkəmlənir. Bundan əlavə, dərs saatı kifayət qədər olmadıqda proqram üzrə mövzuların hər birinə toxunmağa zaman qalmır və təlim üzrə proqramı tam əhatələnməmiş olaraq qalır. Əsas dərslərə 137 Saat , təkmilləşdirici praktik dərslərlə isə 70-80 saatdan çox zaman ayıran Honours Academy CFA təlimlərinə ümumilikdə 200-dən çox saat olmaqla zaman ayırmaqla bütün proqramlar üzrə tələbələrinə əhatəli təlim tədris etmiş olur. Hal-hazırda təlim bazarında CFA təlimləri üzrə əsas dərslərlə yanaşı təkmilləşdirici praktik dərslər keçən yeganə təhsil ocağı məhz Honours Academy-dir.

Bütün bunların nəticəsidir ki, Honours Academy öz təlim keyfiyyətlərinə əminliyinin əlaməti olaraq CFA təlimlərinə qoşulmuş bütün tələbələrinə rəsmi imtahanda ilk cəhddə uğurlu nəticə əldə edəcəklərinə dair #Rəsmi şəkildə #Yazılı #Zəmanət təqdim edir. Zəmanətin şərtlərinə əsasən, imtahanda ilk cəhddə uğurlu olmamış tələbənin bütün ödənişləri tələbəyə geri ödənilir.

Siz də çəkdiyiniz zəhmətin, yuxusuz gecələrinizin, o cümlədən xərclədiyiniz pulların qədrini bilib, ilk cəhddə uğurlu nəticə əldə etmək istəyirsinizsə, Honours Academy tərəfindən tədris edilən CFA Level 1 təlimlərinə qoşulun.

CFA Təlimi üzrə qeydiyyatdan keçib, təlimlərimizə başlamaq istəyirsinizsə, aşağıdakı anketi doldurmağınız kifayətdir.

Qeydiyyat üçün link: https://forms.gle/KfMBVfWNoMrF1FrY8

Honours Academy
Tel: +99450-228-23-20 / +99412-408-23-20
Website: www.honours.academy
E-mail: [email protected]
Facebook message: https://www.facebook.com/academyhonours/

Son xəbərlər
Digər xəbərlər