12 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

CFA sertifikasiyası, Azərbaycanda onun perspektivləri və hazırlıq prosesi

Son illər Azərbaycan sertifikasiya məsələsi kifayət qədər aktuallaşmışdır. Bu sertifikatlar arasında həm dünyada , həmdə Azrəbaycanda tanınan,eyni zamanda prestijli hesab ediləni məhz CFA (Chartered Financial Analyst) sertifikatıdır. Bəs Azərbaycan şəraitində bu sertifikanın faydası və perspektivləri necədir? Bu haqqda müsahibimiz Orxan Nəcəfovla danışacağıq. Orxan Nəcəfov CFA sertifikasiya üzrə 3 səviyyəni bütünlüklə keçmişdir.

 – Orxan bəy, sizin fikrinizcə CFA sertifikatı Azərbaycanda kimlərə lazımdır?

Açığını desəm, deməzdimki CFA və ya digər sertifikat Azərbaycan şəraitində həyati əhəmiyyət kəsb edən bir məsələdir. Mənim fikrimcə, bu sertifikat ilk növbədə özünə maliyyəçi deyən hər bir şəxsə və eləcədə maliyyə olmayıb,lakin yaxın sahədə çalışan şəxslər üçün kifayət qədər üstünlük hesab edilə bilər. Maliyyəçilər CFA 3 level-ində vermələri daha məqsədə uyğundur, qeyri maliyyədə olan şəxslər isə (misal üçün risk menecerlər, analitiklər və s.) 1 və 2 – ci level-ləri verməsi kifayət edər. CFA sertifikatını vermək sizə kütlədən seçilməyə, özünüzə güvənlilik hissini artmasında köməklik edəcəkdir.

Əgər yaxın 5-6 ay ərzində xüsusi planınız yoxdursa və imtahana hazırlıq prosesinə başlamaq üçün kifayət qədər motivasiyanız varsa, mən sizə hazırlaşmağı tövsiyyə edərdim. Unutmayın ki, bu 5-6 ay ərzində bir çox rahatlığınızdan əl çəkməli olacaqsınız – imtahan xüsusi nizam-intizam tələb edir.

 – Zəhmət olmasa,qısaca imtahan haqqında informasiya verərdiniz və hazırlaşmaq istəyənlərə hansı tövsiyyələrinizi verərdiniz

CFA 1 haqqında onu qeyd etmək olarkı, imtahan bir neçə mövzu üzrə aparılır və 5 kitabdan ibarətdir.

 Hazırlıq zamanı daha çox 2 tip kitabdan istifadə edilir, rəsmi (Curriculum) və Schweserin kitabları. Maliyyədə təcrübəsi olan şəxslərə mən Schweserin kitabların tövsiyyə edərdim. Bu kitablar nisbətən qısa formada yazılmışdır. Curriculum isə daha geniş formada yazılıb. Mən özüm Schweserin kitablarından hazırlaşmışam. Hazırlığa başlamamışdan öncə araşdırma aparın, özünüzə plan hazırlayın. İmtahanın hazırlıq prosesi işləyən şəxslər üçün təxminən 5-6 ay çəkir. Çox vacibdirki, siz planda mövzular üzrə qeydiyyatınızı aparasınız – hansı mövzu hansı müddətə və nə vaxta oxunmalıdır tipli qeydləriniz olmalıdır.Planda mövzuların bölgüsü kitabın qalınlığı üzrə yox, CFA institutunun  illik mövzular üzrə çəki dərəcələrinə uyğun aparılmalıdır – suallar nədən çox düşürsə , o mövzular üzərində daha çox işləmək lazımdır . Gündə ən azı 3 saat bu imtahan üzərində işləmək üçün vaxt ayırmaq tövsiyyə edərdim. Rəsmi olaraq CFA institutu CFA 1 hazırlaşmaq üçün təxminən 300 saat vaxt ayırmağınızı tövsiyyə edir.

İmtahana qədər adətən 3 deadline olur, yəni bu müddətlərin birində imtahana qeydiyyata keçmək lazımdır. İmtahan günü yaxınlaşdıqca imtahandan qeydiyyat qiymətidə artır.

İmtahan çox ciddi yanaşmaq vacibdir. Tam hazır olmamaış imtahan getməyin mənası yoxdur, bu sadəcə demotivasiyaya gətirib çıxaracaqdır. CFA imtahanı kifayət qədər səy  və vaxt tələb edən imtahan növlərindəndir. Mən maliyyəçiyəm deyib, azacıq oxumaqla imtahana girib nəticə göstərmək demək olarki mümkünsüzdür.Çünki burada real həyatda istifadə etdiyiniz biliklərdən əlavə məsələlərədə toxunulur və hansı sualı hansı formada həll edilməsi artıq sizdə vərdiş halına gəlməlidir və tez bir zamanda onu həll etməyiniz tələb olunur. İmtahan zamanı vaxt amilinə dırnaq arası baxmaq olmaz – böyük bir qism imtahan iştirakçısı məhz vaxt baxımdan imtahanı keçə bilmir ,dolaşığa düşür.

– Orxan bəy,CFA alan şəxsin xaricidə iş tapmaqda hər hansı bir üstünlüyü olurmu?

CFA sertifikatı kifayət qədər ciddi sənəd olsada, xaricidə iş tapmaq baxımdan deməzdim həlledici rol  oynayır.  O sizin hansı səviyyəli işə qəbul olmaq arzunuzdan asılıdır. Amma , onu dəqiq deyə bilərəmki bu sizin üçün əlavə dəyərdir və CFA verilən qiymət xaricidə daha yüksəkdir.

– CFA sertifikatını almaq arzusunda olan şəxslərə sonda nə tövsiyyə edərdiniz?

Tövsiyyə edirəm təslim olmasınlar! İmtahana hazırlıq, imtahanın özü və cavabların çıxması dövrü     kifayət qədər stressli bir dövrdür. Demək olarki hər kəs bu yolun müəyyən bir hissəsində həvəsdən düşür,bezir – bu normal bir haldır. Lakin, kimki özünü toplayıb yoluna davam edirsə, məhz o şəxslər arzularına çatacaq.

Təşəkkür edirik Orxan bəy! Yeri gəlmişkən, Banker.az kollektivi adından yeni qəbul olunduğunuz London Business Schoolda sizə uğurlar arzu edirik!

Son xəbərlər
Oxşar xəbərlər
X