4 C
Baku
Friday, March 29, 2024

CFA, yoxsa MBA? CFA-nın üstünlükləri

Müəyyən bir dövrə çatanda, bankir müstəqil işləmək istədiyini başa düşür. Bu halda onlar seçim qarşısında qalırlar: CFA, yoxsa MBA?

  • MBA – hərtərəflilik və sosiallaşmadır, CFA isə – dəqiqlik və sərtlikdir.
  • MBA – biznes-məktəbdə bir neçə il davam edəcək təhsildir, CFA isə – üçsəviyyəli testdir.

Biz onların hər iksinin mənfi və müsbət cəhətlərini nəzərdən keçirərək, CFA-nın MBA-dan daha üstün olduğunu başa düşdük. Bəs bu halda soruşa bilərsiniz ki, CFA-nın üstünlükləri nədədir?

  • CFA daha ucuz başa gəlir

Hər birimiz bilir ki, MBA təhsili o qədər də ucuz deyil. Yaxşı biznes məktəblərin birində oxumağı planlayırsınızsa, 100 min dollardan çox xərc çəkməyə hazır olun. MBA ilə müqayisədə, CFA daha ucuz başa gəlir. Yuxarıda qeyd etdiyimiz kimi, burada siz üç səviyyəli test mərhələsindən keçməli olursunuz. Onların hər birinin qiyməti 1000-1500 dollar arasında dəyişir.

  • İşləməyə davam edə bilərsiniz

Bəzən MBA proqramı üzrə təhsil aldığınız zaman, işdən çıxmalı olursunuz. Belə ki, təhsil ilə iş yerinizin qrafiki üst-üstə düşmüş olur. CFA almaq üçün buna ehtiyac yoxdur. Siz eyni zamanda həm oxuya, həm də işləyə bilərsiniz.

  • Heç bir sənəd toplamalı deyilsiniz

CFA almaq üçün üçsəviyyəli test mərhələsindən keçməyiniz kifayət edir.

  • Qrup işlərinin olmaması

Əgər təkbaşına işləməyi sevirsinizsə, CFA seçməyiniz məqsədəuyğundur. Biznes-məktəblərdə üstünlük komanda işinə verilir.

  • Burada snobizm yoxdur

CFA – CFA-dır, onu harada əldə etdiyinizdən asılı olmayaraq.

  • CFA heç də hər kəs üçün əlçatan deyil

Nəzərə almalısınız ki, MBA-nı istəyən hər bir kəs ala bilər.  CFA-nı almaq üçün isə güclü riyazi biliklər və məntiq tələb olunur. Əgər çox çalışsanız, çətinlik çəkməyəcəksiniz.

CFA – investisiya analitikləri üçündür. Əgər işinizin peşəkarı olmaq istəyirsinizsə, bu testlərdən yararlana bilərsiniz.

  • Heç bir universitetdə öyrənə bilmədiyinizi burada öyrənəcəksiniz

CFA sertifikatını almış birinin fikrincə, MBA-ya hazırlaşan tələbələr onun əldə etdiyi bilikləri daha gec keçiblər.

  • CFA Benjamin Graham tərəfindən təsdiq olunub

Bəlkə də, sizin üçün bunun heç bir fərqi yoxdur, lakin CFA-nın tarixin əfsanəvi sərmayəçisi tərəfindən yaradıldığını bilməyiniz önəmlidir.

  • Alıcı olmaq imkanını əldə edəcəksiniz

“Business Insider” internet portalının əməkdaşları qeyd edirlər ki, müştərilər satıcı kimi MBA təhsilini almış namizədlərə daha çox maraq göstərir. Alıcıya gəldikdə isə, CFA sertifikatına üstünlük verilir.

  • CFA sizə daha çox pul qazanmağa kömək edəcəkdir

“Payscale” şirkətinin verdiyi məlumata görə, CFA sertifikatını almış insanların əmək haqqı daha yüksəkdir (MBA almış insanlarla müqayisədə).



Son xəbərlər
Digər xəbərlər