22 C
Baku
Wednesday, June 4, 2025

“CFI Financial İnvestisiya Şirkəti” 2024-cü ili 971 min manat zərərlə başa vurub

2023-cü ili 463.8 min manat xalis mənfəətlə başa vuran “CFI Financial İnvestisiya Şirkəti” QSC 2024-cü ildəki xalis zərəri 971.5 min manat təşkil edib.

Banker.az xəbər verir ki, investisiya şirkətinin ümumi gəlirləri ötən illə müqayisədə 75%-dən çox azalıb. Belə ki, 2023-cü ildə gəlirlər 760.09 min manat idisə, 2024-cü ildə bu göstərici cəmi 191.2 min manata düşüb. Konsaltinq xidmətlərindən əldə olunan gəlir 217.5 min manatdan 100.2 min manata, portfelin idarə olunmasından gəlir isə 489.8 min manatdan 53 min manata enib.

Cəmi xərclər 2023-cü ildəki 1 milyon 99 min manatdan 2024-cü ildə 874.6 min manata düşsə də, gəlirlərdəki azalma fonunda bu, zərəri önləyə bilməyib. Əməliyyat zərəri 874.6 min manat təşkil edib ki, bu da 2023-cü ildəki 339.2 min manatlıq əməliyyat zərərinin iki dəfədən çox artması deməkdir.

Əlavə olaraq, investisiya fəaliyyəti və ticarət platformaları ilə bağlı zərərlər də daxil olmaqla ümumi mənfəət vergisindən əvvəlki zərər 1 milyon 177 min manata yüksəlib.

2024-cü ildə “CFI Financial”ın ümumi aktivləri 8.7 milyon manat təşkil edib, bu da əvvəlki ildəki 14.77 milyon manatlıq göstəricidən 41% azdır. Xüsusilə qısamüddətli aktivlər 57% azalma ilə 6.24 milyon manata düşüb. Bank hesablarında və kassada saxlanılan vəsaitlər 6.9 milyon manatdan 3.6 milyon manata enib.

Öhdəliklər 2024-cü ildə 73% azalıb azalmaqla 11 milyon manatdan 2.94 milyon manata qədər azalıb. Əsas azalma müştərilərdən cəlb edilmiş vəsaitlərdə və buraxılmış borc qiymətli kağızlarda baş verib. 2023-cü ildə 6.78 milyon manat olan müştəri vəsaitləri 2024-cü ildə 125 min manata qədər enib.

Bütün bu geriləmələrə baxmayaraq, şirkətin ümumi kapitalı 3.7 milyon manatdan 5.76 milyon manata qədər artıb. Bu artım əsasən əlavə kapital qoyuluşları hesabına baş verib.

Xatırladaq ki, “AzFinance Investment Şirkəti” ötən ilin avqust “CFI Financial Group”a satıldıqdan sonra rebrendinqini elan edib və “CFI Financial İnvestisiya Şirkəti”nə çevrilib.

32432

Son xəbərlər
Digər xəbərlər