13 C
Baku
Wednesday, November 20, 2024

“CFI Financial İnvestisiya Şirkəti”nə təyinat olub

“CFI Financial İnvestisiya Şirkəti” QSC-yə (əvvəlki adı “Azfincane İnvestisiya Şirkəti”) təyinat olub.

Banker.az xəbər verir ki, Elmir Həsənzadə şirkətin Satış meneceri vəzifəsinə təyin edilib və 2024-cü ilin noyabr ayından etibarən bu vəzifəni icra etməyə başlayıb.

Elmir Həsənzadənin maliyyə sahəsində 5 ildən çox təcrübəsi var. O, 2 ilə yaxın “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də korporativ əlaqələr üzrə menecer kimi, 4 il “Günay Bank” ASC-də aparıcı treyder kimi fəaliyyət göstərib.

E.Həsənzadə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) maliyyə üzrə bakalavr təhsili alıb və Xəzər Universitetində MBA dərəcəsi əldə edib.

Son xəbərlər
Digər xəbərlər