1 C
Baku
Tuesday, February 10, 2026

“CFI Financial İnvestisiya Şirkəti”ndə yeni təyinat olub

Dünyanın tanınmış ticarət brokerlərindən biri olan “CFI Financial Group” şirkətinin Azərbaycan üzrə marketinq direktoru təyin olunub.

Banker.az xəbər verir ki, Orxan Məmmədov CFI-nın Azərbaycan üzrə marketinq direktoru vəzifəsinə təyin edilib.

Eyni zamanda, Orxan Məmmədov “CFI Financial İnvestisiya Şirkəti” QSC-nin Marketinq departamentinə rəhbərlik edəcək.

O. Məmmədov 10 ildən artıqdır ki, maliyyə və investisiya sahəsində çalışır. O, buna qədər “İnvestAZ İnvestisiya Şirkəti” QSC, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC və Bakı Fond Birjasında fəaliyyət göstərib.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən “CFI Financial İnvestisiya Şirkəti” QSC-nin səhmlərinin 100%-i “CFI Financial Group”a məxsusdur.

Son xəbərlər
Digər xəbərlər