14 C
Baku
Monday, January 12, 2026

“CFI Financial İnvestisiya Şirkəti”nin BFB-dəki dövriyyəsi kəskin düşüb

2025-ci ildə “CFI Financial İnvestisiya Şirkəti” QSC-nin Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə dövriyyəsi 2024-cü illə müqayisədə kəskin şəkildə azalıb.

Banker.az xəbər verir ki, investisiya şirkətinin bütün bazarlar üzrə cəmi əməliyyat həcmi 2025-ci ildə 2024-cü illə müqayisədə 91.65% azalaraq 2.55 mlrd. manatdan 213.18 mln. manata düşüb.

AMB qiymətli kağızları üzrə dövriyyə illik müqayisədə 98.72% azalaraq 234.03 mln. manatdan 2.98 mln. manata enib. Dövlət istiqrazları bazarında dövriyyə 96.71% azalaraq 575.34 mln. manatdan 18.93 mln. manata düşüb. Korporativ istiqrazlar üzrə əməliyyat həcmi 92.98% azalma göstərərək 121.18 mln. manatdan 8.51 mln. manata geriləyib.

Səhm bazarında dövriyyə ən kəskin azalan seqmentlərdən biri olub və illik müqayisədə 99.68% azalaraq 20.27 mln. manatdan cəmi 0.06 mln. manata düşüb. Repo əməliyyatları üzrə dövriyyə isə 88.59% azalma ilə 1.60 mlrd. manatdan 182.69 mln. manata enib.

 

Son xəbərlər
Digər xəbərlər