23 C
Baku
Friday, April 26, 2024

Chanel-in tarixi

Mənə elə gəlir ki, dünyada Chanel-dən məşhur brend yoxdur. 20-ci əsrin əvvəllərində yaranmış fransız kompaniya dünyada moda mücəssəməsi hesab olunur, onun ən tanınmış məhsulu – məşhur Chanel №5 ətirləri isə bu gün də istehsal olunmasından və ilk dəfə satışa çıxdığı andan 80 ildən çox keçməsinə baxmayaraq, dünyanın ən çox satılan ətri olaraq qalır.

Chanel firmasının uğur tarixi onun əsasını qoymuş xanım – məşhur Qabriel “Koko” Bonxeer Şanelin adı ilə bilavasitə bağlıdır. 

Hər şey necə başladı?

Qabrielin uşaqlığının asan keçdiyini söyləmək olmaz. Amma gələcək moda imperiyasının banisi olacaq bu xanımın dünya görüşünün formalaşmasında onun taleyinin uşaqlıq dövrü əvəzsiz rol oynamışdır. Koko uşaq evində böyümüşdür. 18 yaşına qədər onun həyatı daimi məhrumiyyətlərdən ibarət olub. Çoxlar hesab edir ki, məhz bu amil gənc qızda böyük müvəffəqiyyətə nail olmaq arzusu oyadıb. 18 yaşı tamam olan Qabriel özünün ilk işinə -geyim dükanına satıcı vəzifəsinə düzəlir. Paralel olaraq gənc qız kabaredə müğənnilik edirdi. Bu ona, müəyyən qədər əlavə gəlir əldə etmək imkanı verirdi, onun kabaredən olan qazancı real əməkhaqqısı ilə demək olar ki, bərabər idi.

O, öz məşhur “Koko” təxəllüsünü də məhz kabaredə işləyərkən əldə etmişdi. Məsələ ondadır ki, gənc Şanel ən çox iki mahnını ifa etməyi sevirdi: “Ko Ko Ri Ko” və “Qui qua vu Coco”. Hər iki mahnın adında həmin söz yer almışdı. Bu söz gələcəkdə onun adının və həyat yolunun ayrılmaz bir hissəsinə çevrilir.

coco2

Baxmayaraq ki, zahiri görünüş baxımından Şaneli heç də ən yaraşıqlı qadın adlandırmaq olmazdı, amma onun həmişə kifayət qədər çox pərəstişkarı olmuşdu. Və onlar Şanelin gələcək uğurunda ciddi rol oynayıblar. Belə ki, məhz sevgisi sayəsində Şanelin yolu Parisdən düşdü. Çünki onun pərəstişkarı və sevgilisi Etyen Balzan burada yaşayırdı. Təəssüf ki, onların romanı uzun çəkmədi, amma bu Şanelin Avropanın ən məşhur şəhərinə pənah gətirməsinə səbəb oldu. Kokonun növbəti məşuqu onun gələcək taleyinə daha güclü təsir etdi. Onun adı Artur Kapel idi. İngilis sənaye adamı gənc fransız qadınının düz ürəyindən vurmuşdu.

Məhz Arturun pullarına 1910-cu ildə Parisdə ilk Şanel dükanı açılır. Dükan yerli dəb həvəskarlarının rəğbətini kifayət qədər qısa müddət ərzində qazana bilir və çox keçmədən onların arasında məşhurlaşır. Onu uğurunun əsas təminatı isə Şanelin özünün tikdiyi paltarlarda geyimlərdə idi. O vaxta qədər qadınlar, uzun ətəklərə, korsetlərə və çox narahat və ağır olan digər libasları geyinməyə üstünlük verirdi. Şanelin dükanında isə elə bir kolleksiya təqdim olunurdu ki, həmin dövrün insanlarının moda haqqında təsəvvürlərinə tamamı ilə uzaq və fərqli idi. Bu kolleksiyada yer alan geyimlər daha yaxşı idi, nəinki o dövrdə qadınların qarderobunu təşkil edən libaslar.

Fəaliyyətinin ilk ilindəcə dükanın satışları bütün gözlənilən nəticələri artıqlaması ilə üstələdi, Chanel moda evi Kambon küçəsinə köçürüldü (Chanel bu günə qədər həmin ünvana sadiqdir). Qeyd etmək lazımdır ki, ilk öncə Kokonun dükanı yalnız şlyapalar satırdı. Məhz Artur ona bu ideyanı vermiş və moda Olimpinin gənc yaşlarında fəth etməyə müyəssər olmuş bu xanıma ilk olaraq investisiya etmişdir. 1913-cü ildə Chanel dükanı genişlənməyə başlayır, daha bir dükan Dovile şəhərində açılır.cocii

Həmin vaxtlar Şanel Artura məxsus balaca bir mənzildə yaşayır. Maraqlıdır ki, buna qədər onun yaşadığı ev əsl orta əsrlərə aid qəsr idi və bu qəsrin sahibi gənc burjua Etyen Balzan idi. Belə bir qəsrdən adi bir mənzilə köçmək, bəlkə də hansı isə mənada Şanelin özü üçün ağrılı idi, amma o bütün fikirlərini həmin andaca öz dükanına tərəf yönəltmək qərarı verir. Ona görə ümidsizliyə qapılmağa Şanelin heç vaxtı belə qalmır.

Koko Şanelin şlyapa dükanı kifayət qədər uğur qazana bilsə də, Koko özü narazı idi və buna qane ola bilməzdi. Öz geyim üslubunu yaratmaq onun əsl xəyalı idi. Burda isə məsələ şlyapalarda olduğu qədər sadə deyildi. Məsələ ondadır ki, Şanelin bütöv, mükəmməl qadın paltarları, donları tikmək hüququ yox idi, çünki o peşəkar dərzi deyildi. Bu həmin dövr üçün olduqca vacib bir məqam idi, çünki qanunu pozduğuna görə onu çox asanlıqla cinayət məsuliyyətinə cəlb edə bilərdilər. Xoşbəxtlikdən bu situasiyadan çıxış yolu tapılır. Şanel qadınlar üçün paltarları cerse – xüsusi parça növündən tikməyə başlayır, həmin dövrlərdə bu material yalnız kişi alt paltarlarının hazırlanması üçün istifadə olunurdu.

Kokonun yeni geyim modelləri üstündə necə işləməsi çox maraqlıdır. O, kağız üzərində hər hansı bir maket yaratmırdı, o sadəcə parçanı modelə geyindirir və geyimi elə modelin üzərində redaktə edirdi. Bundan ötrü lazım idi ki, bu və ya digər paltar modelinin hərəkət zamanı necə görünməyini izləmək və əvvəlcədən bilmək mümkün olsun. Rahatlıq- Şanel öz geyimlərində məhz buna nail olmaq arzusunda idi və o, bunun öhdəsindən gələ bilirdi.

Qara rəng dəbə daxil olur

Beləliklə Koka Şanel moda aləminə qədəm qoyur. O, köhnəlmiş bütün stereotipləri məqsədyönlü şəkildə dəyişərək, Parisin moda Olimpinin ən yüksək zirvələrinə ucalır. Don-köynəklər, çimərlik pijamaları, qadın şalvarları –bütün bunlar Şanelin əlinin zəhmətinin ilk nümunələr olur və onlar hamısı fransızlar tərəfindən bəyənilir. O deyərdi: «Moda –məzəli ideya deməkdir.. və onu çox tez işə salmaq gərəkdir», onun əməlləri də dediyi kəlmələrinə uyğun idi, o dediklərinə uğun hərəkət edirdi.ococ3

Chanel-in tarixində həll edici dönüş nöqtəsi 1919-cu ilə təsadüf edir. Həmin zaman, Kokonun qəlbinin sahibi Artur Keypel faciəvi şəkildə avtomobil qəzasında həlak olur. Bu Kokoya çox böyük zərbə olur, onu daxilən yaralayır. Əfsanəyə görə, hadisələrin məhz belə gedişi məşhur dəb yaradıcısını qara parçaları gündəlik həyata gətirməyə sövq edir. Ola bilsin ki, məhz bu rəng həmin zamanlar məşhur moda evinin daxili vəziyyətini olduğu kimi əks etdirməyə ən uyğun seçim imiş, bu həm də onu sevgilisinə görə yas saxladığını büruzə etməyə xidmət edirmiş.

Lakin Kokonun paxıllığını çəkənlər və onun bədxahları bu məsələdə daha ona gedərək, iddia edirdilər ki, Şanel bu rəngi bilərəkdən seçib ki, Parisin bütün qadınları matəmə qərq etsin. Axı o, özü matəm libası geyinə bilməzdi, çünki rəsmi şəkildə Arturun həyat yoldaşı deyildi. Necə olmasından asılı olmayaraq fakt-faktlığında qalır. Məhz həmin andan başlayaraq siyah rəng moda etalonuna çevrilir.

Koko Şanel həmin dövrdə artıq öz stilini müəyyən etmişdi və ömrünün sonuna qədər həmin tərzə riayət edəcəkdi. 1917-ci ildən o saç düzümü kəsdirməyə başlayır. O bir sıra kübar, məclislərdə, ziyafətlərdə görünməli olanda, auditoriyaya bildirirdi ki, onun otağında balaca yanğın baş verib və onun telləri yanası olub. Əslində isə o, sadəcə qısa saç düzümlərini xoşlayır. Onda saçlara elə də diqqətlə, məxsusi qulluq etməyə gərək olmur. Bu isə ona çoxlu vaxta qənaət etməyə icazə verir, çünki artıq həmin dövrlərdə madmazel Şanelin iş əlindən baş açmağa vaxtı olmur.

Chanel-in ilk qara paltarı həmin dövrlərdə artıq istifadə olunmayan parçadan tikilir. Bu krep-marokeana idi. Donların özünün uzunluğu dizə qədər idi. Paltarın qolları isə biləklərə qədər uzanırdı, amma qollar həm də kifayət qədər dar idi. Yeri gəlmişkən dizlər ilə bağlı onu dəyək ki, Koko Şanel onları qadın vücudunun ən yaraşıqsız hissəsi hesab edirdi. Ona görə də onun sağlığında kompaniya qısa ətəkli paltarlar istehsal etmirdi.2882353286 6a19f58da7 o

Yəqin ki, həm də qeyd etməyə dəyər ki, Chanel tərəfindən buraxılan qara libas ideal biçiminə görə digərlərindən fərqlənirdi. Ümumilikdə moda işə düşür və onun sükanı arxasında məşhur fransız xanım dayanır. Bəs kim bilir, əgər bu faciə baş verməsəydi, kompaniyanın və dünya moda aləminin tarixində dönüşə səbəb olmuş, həmin möhtəşəm qara libasın biz şahidi ola bilərdikmi? Ola bilsin ki yox.

Düzdür bundan sonra da Qabrielin pərəstişkarlarının sayı çox olur, amma elə yeganə və əvəz olunmaz şəxs tapılmır ki, Koko onunla nikah məbədinə daxil olmaq istəsin. Həmçinin, onun nə vaxtsa öz imperiyasını miras qoyacaq varisləri də dünyaya gəlmir.
Bu minvalla balaca qara don bütün dünya üzrə öz təntənəli yürüşünə başlayır, o əminliklə, həmin dövrün qadınların qarderobunda «moda» dedikləri hər şeyi dəyişərək, onları dəb haqqında təsəvvürlərini alt-üst edir. Ildən-ilə yeni modellər istehsal olunur, amma onların hamısının əsasında həmin bu paltar dayanır. Inanmaq nə qədər çətin olsa da, Şanelin həmin qara libasının müxtəlif növ interpretasiyaları bu gün də yaranmaqdadır.

Ətirlər

Chanel moda evinin növbəti ən vacib məhsulu- Chanel №5 20-ci ərsin ən məşhur ətridir (elə 21-ci əsri də bu sıraya daxil etmək olar). Burada isə məslə ruslarsız və ya daha dəqiq desək sevgisiz ötüşmür. Qeyd edək, Şanel Rusiyaya elə də yaxşı yanaşmır. O, rus kişilərini cəzb edici, alicənab, səxavətli hesab edir, amma onların hamısını daxildən boş olduğu qənaətində olur. Onların beynində araqdan başqa heç nə yoxdur. Ola bilsin ki, dahi knyaz Dmitri Pavloviç Romanov ilə tanış olduqdan sonra, onun ruslar haqqında bu təəssüratları dəyişir. Həmin vaxt knyaz Rusiyadan xaric edilmişdi, səbəb isə onun Rasputinin həyatına sui-qəsd etməsi idi (belə görünür ki, bu sürgün onun elə öz xeyrinə imiş). Dmitriy Pavloviç Fransaya gəlib çıxanda cibində bir qara qəpik də yox idi, o heç də rahat həyat sürmür və yumşaq desək geninə-boluna yaşaya bilmirdi. Buna baxmayaraq, o, Qabrielin məşuqu ola bildi. Bu andan etibarən Chanel moda evinin tarixində Rusiya mərhələsi adlanan dövr başlayır. Əsasında rus motivləri dayanan çoxlu modellər istehsal olunur.parfum%20chanel

Məhz Dmitriy Pavloviç Romanov Koko Şaneli məşhur parfümer Ernest Bo ilə tanış edir. Bonun atası uzun illər ərzində imperator həzrətlərinin sarayında çalışıbmış. Bo da, öz atasının unikal talantını miras almış qeyri adi peşəkar idi. Demək lazımdır ki, həmin vaxta qədər qadın ətirləri olduqca yeknəsəq idi. Heç kəs onların istehsalında eyni anda bir neçə qoxudan, aromatdan istifadə etmirdi. Həmin zamanlar lavanda ətirləri, qızılgül qoxulu ətirlər və yasəmən ətirlər var idi. Yeniliklər etmək, müxtəlif aromat qarışıqlarından istifadə etmək heç kəsin ağlına gəlmirdi. Bir il gərgin əməkdən sonra, Ernest Bo Kokoya bir neçə varianta ətir təqdim edir, məxsusən “Qadın ətri gələn qadınlar” üçün tərtib edilmiş ətirlər. Şanel onların içərisindən beşinci variantı seçir.

Bu gün də məşhur olan Chanel №5 ətirləri məhz belə yaranır. Onlarda 80 aromat bir-biri ilə birləşir və onlar heç bir məşhur çiçəyin qoxusunu təkrarlamır. Ətirlər üçün məxsusi düzbucaqlı büllur flakon hazırlanır, həmin flakon bu gün də təzimə layiqdir və sanki bir pərəstiş obyektinə çevrilmişdir. Flakonun üzərində çox da böyük olmayan «Chanel №5» etiketi var idi. O andan etibarən bu ətirlər dünyanı fəth etməyə başlayır. Bu gün «Chanel №5» bizim planetdə indiyə qədər ən çox satılan ətirlərdir. Bu isə heç də balaca nəticə deyil.

Bir az sonra Chanel moda evi daha bir məhsul –bəzək əşyaları təqdim edir. Burda da Koko özü-özünü üstələyir. O, təbii daşlar ilə strazları (qiymətli süni daşları) qarışdırmaq qərarına gəlir. Nəticə bütün gözləntiləridən daha üstün olur. Bu vaxta qədər Koko Şanel artıq buna öyrəşmişdi, modanı o, özü diktə edirdi. Onun evinin istehsal etdiyi hər şey dəbə uyğun idi, daha doğrusu dəbi onlar yaradırdı.

Chanel kolleksiyasındakı növbəti dəyişiklik yenə də ev sahibəsinin sevgi macəraları ilə bağlı idi. Bu dəfə Koko Vestminster hersoquna aşiq olur. Bu andan etibarən Chanel moda evinin tarixində İngiltərə mərhələsi başlayır. Hersoq və Kokonun arasında yaşana bu sevgi romanı düz 14 il sürür. Dahi madmazel Şanelin yaradıcılığındakı müvafiq mərhələ elə məhz bu qədər davam edir. Bu mərhələnin ən maraqlı və yadda qalan hadisəsi isə qiymətli daş-qaşları və bəzək əşyalarının adi sviterlərin üzərindən taxılması olur, bu da Kokonun dəb aləminə gətirdiyi yenilik idi. İngiltərədə heç kəs belə bir şeyi sınaqdan keçirməmişdi. Şanel gələnə qədər.coco chanel

Şanel və hersoq arasında inciklik o zaman yaranır ki, Şanelin artıq ona övlad bəxş edə bilməyəcəyi bəlli olur. Bu zaman onun 46 yaşı var idi və həkimlər bu kədərli faktı təsdiq edilər. Onla ayrılmalı olurlar. 1939-cu ildə isə Chanel moda evi müvəqqəti olaraq fəaliyyətini dayandırır, ikinci dünya müharibəsi başlayır, Avropanın modadan da vacib problemləri ortaya çıxır.

1953-cü ildə Chanel yenidən öz qapılarını müştərilərin üzünə açaraq, onlar yeni geyim, bəzək əşyaları ilə qarşılayır. Məhz bu dövrdən başlayaraq moda evi okeanın o biri sahilinə -ABŞ-a doğru ekspansiyaya başlayır. Burada da Chanel-i böyük uğur gözləyir.

1971-ci ildə Koko Şanel 87 yaşında vəfat edir. Bu gün kompaniyanın ən məşhur nümayəndəsi onun baş dizayneri Karl Laqerfelddir. Əlbəttə ki, o Chanel-in fəaliyyətinə bir çox innovasiya gətirib. Xüsusən də kompaniya qısa ətəklərin də istehsalına başladı, amma çətin ki, şirkətin qurucusu bu faktı bəyənərdi. Amma təəssüf ki, müasir moda əvvəlki kimi nəzakətli və zərif deyil. Satışları isə qaldırmaq lazımdır. Bu gün Chanel brendi lüks mallar sinfinə məxsus brendlər arasında ən məşhurlardan biridir. Brend özündə Fransa zərifliyinə və Parisin romantikasını təcəssüm etdirir, çünki belə bir kompaniya başa harada yarana bilərdi?.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər