Çinin “Changan” avtomobillərinin Azərbaycandakı distributorunun direktoru dəyişib.
Banker.az xəbər verir ki, Orxan Bayramov Bayram oğlu “Changan Azerbaijan”ının rəhbəri təyin edilib.
O, bu vəzifədə Toğrul Paşayev İlqar oğlunu əvəz edib.
Orxan Bayramov bundan öncə “Skoda Azerbaijan”da satış direktoru idi.
Xatırladaq ki, “SR Group Co.” MMC-nin törəmə şirkəti “Azərbaycan Avtomobil Evi” ölkədə “Changan” avtomobillərini ticarət edir.