“ChatGPT” 2022-ci ilin noyabrında işə salındıqdan sonra Böyük Britaniyada gənc mütəxəssislər üçün yeni vakansiyaların sayı demək olar ki, üçdə bir qədər azalıb, bu barədə iş axtarışı sistemi “Adzuna”nın məlumatlarına istinadən “The Guardian” yazıb.
Qəzetin qeyd etdiyi kimi, indi şirkətlər kollecləri yeni bitirənləri işə götürmək əvəzinə, xüsusi bacarıq tələb etməyən işləri yerinə yetirmək üçün süni intellektdən istifadə edirlər. Nəticədə məzunlar və ali təhsili olmayan şəxslər üçün vakant yerlər 32% azalıb.
“Adzuna” qeyd edir ki, bu tendensiya ən çox pərakəndə satışda özünü göstərir, burada gənc mütəxəssislər üçün vakansiyaların sayı 2022-ci ilin noyabrından bəri 78% azalıb. İT sektorunda da ciddi azalma qeydə alınıb – 55%, eləcə də mühasibat uçotu və maliyyə sektorunda – 51%.