“ChatGPT” gələcəkdə ən çox tələb olunan 10 peşənin siyahısını təqdim edib. Burada birinci yeri vəzifələrinə alqoritmlərin, maşın öyrənmə sistemlərinin və neyroşəbəkələrin işlənməsi, həmçinin modellərin öyrədilməsi və optimallaşdırılması daxil olan süni intellekt (AI) mühəndisi tutub.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İkinci yerdə robotların dizaynı, onların istehsala inteqrasiyası, diaqnostika və təmirə yönəlmiş robototexnika qərarlaşıb. Onun ardınca kompüter sistemlərini və şəbəkələrini qorumaq, təhlükəsizliyi gücləndirmək üçün tədbirlər yaratmalı və risk təhlili aparmalı olan kibertəhlükəsizlik mütəxəssisi gəlir.
Neyroşəbəkə bu reytinqə həmçinin bu peşələri daxil edib: virtual və əlavə reallıq tərtibatçısı, gen terapiyası və redaktəsi üzrə mütəxəssis, enerji davamlılığı mühəndisi, biotexnoloq, IoT proqram mühəndisi, məlumat analitiki və blokçeyn mühəndisi.