“ChatGPT” son 4 ayda Azərbaycandakı bazar payının 16 %-dən çoxunu itirib

Mart ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) “chatbot”u olan “ChatGPT”nin bazar payı 78,44 % təşkil edib.

“Statcounter” agentliyinin son hesabatına istinadən verilən məlumata görə, bu, fevral ayına nisbətən 4,65 faiz bəndi azdır. Beləliklə onun payı ardıcıl olaraq 4-cü aydır azalır (ümumi azalma 16,5 % təşkil edib).

İkinci pillədəki “Google Gemini”nin bazar payı ay ərzində 3 faiz bəndi artaraq 14,62 % təşkil edib.

Növbəti yerdə qərarlaşan “Perplexity”nin bazar payı ötən ay 0,13 faiz bəndi artaraq 2,92 % olub.

Dördüncü yerdəki “Claude”un bazar payı 2,25 % olub. Bu, fevral ayının göstəricisindən 1,38 faiz bəndi azdır.

İlk beşliyi 1,77 %-lik bazar payı ilə “Microsoft Copilot” qapayır. Onun payı əvvəlki ayla müqayisədə 0,14 faiz bəndi artıb.

Müxtəlif platformaların bazar payına görə AI “chatbot”larının ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

“ChatGPT” – 78,84 % (fevral ayına nisbətən 4,43 faiz bəndi az);

“Google Gemini” – 13,37 % (+2,41 faiz bəndi);

“Perplexity” – 3,43 % (+0,41 faiz bəndi);

“Claude” – 2,57 % (+1,59 faiz bəndi)

“Microsoft Copilot” – 1,79 % (-0,02 faiz bəndi);

Mobil cihazlarda:

“ChatGPT” – 75,83 % (-5,90 faiz bəndi);

“Google Gemini” – 22,08 % (+5,33 faiz bəndi);

“Microsoft Copilot” – 1,67 % (+1,16 faiz bəndi);

“Claude” – 0,42 % (ötən ay 0 % olub);

Planşetlərdə:

“ChatGPT” – 100 % (dəyişməyib);

MənbəReport
Son xəbərlər
Digər xəbərlər