22 C
Baku
Monday, July 22, 2024

“ChatGPT” Yaponiyanın baş nazirini rəqəmsal texnologiyalar naziri ilə səhv salıb

“ChatGPT” Yaponiyanın rəqəmsal texnologiyalar naziri Taro Kononu tanımayıb və baş nazir Fumio Kisida ilə səhv salıb. Kono bota diqqətli olmağı tövsiyə edərək, iş proseslərinə süni intellektin yeridilməsi ideyasını dəstəklədiyini bildirib.

Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir.

Qeyd edək ki, 2021-ci ildə Taro Kono Yaponiyanın baş naziri postuna iddia etsə də, liderlik uğrunda mübarizədə Fumio Kisidaya uduzub. Hazırda Taro Kono Yaponiyanın rəqəmsal texnologiyalar naziri vəsifəsini tutur.

“Robotlar Yaponiyada işçi qüvvəsi üçün təhlükə deyil”, – nazir “Bloomberg”ə verdiyi müsahibədə bildirib. O, uzun müddətdir ki, dövlət qurumlarında işçilərin üzləşdiyi adi sənədləşmə işləri ilə mübarizə aparır.

Son xəbərlər
Digər xəbərlər