4 C
Baku
Sunday, January 18, 2026

“ChatGPT”nin pulsuz versiyasında reklamlar olacaq

“OpenAI” şirkəti “ChatGPT”də reklamları sınaqdan keçirməyə başlayıb.

Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Məlumata görə, ilk addım kimi ABŞ-də çatbotun pulsuz versiyasının istifadəçilərindən ibarət test qrupları yaradılıb.

“Plus”, “Pro”, “Business”, “Enterprise” və “Edu” ödənişli abunəlikləri üçün reklamlar planlaşdırılmır.

Şirkətdən bildirilib ki, reklam bölmələri aydın şəkildə nişanlanacaq və neyron şəbəkəsinin cavablarından ayrı yerləşdiriləcək. Reklamlar çatbotun cavablarına təsir göstərməyəcək.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər