12 C
Baku
Saturday, November 23, 2024

“ChatGPT”nin sahibi $86 mlrd. qiymətləndirmə ilə səhmlərin satışı ilə bağlı danışıqlar aparır

“ChatGPT” generativ süni intellekt proqramının sahibi olan “OpenAI” şirkəti ümumi biznes dəyəri 86 milyard dollar olan səhmlərinin satışı ilə bağlı danışıqlar aparır, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

Bildirilir ki, investorların adları açıqlanmasa da, müqavilə “tender təklifi” formatında baş tuta bilər. Mümkün əməliyyatın bəzi parametrləri “hələ sabit deyil və dəyişə bilər”. 86 milyard dollarlıq biznes qiymətləndirməsi ilə “OpenAI” onlayn geyim mağazası “Shein”i keçəcək və kapitallaşmaya görə dünyanın siyahıya alınmamış ən bahalı şirkətlərindən birinə çevriləcək.

“Bloomberg”in məlumatına görə, hazırda “Microsoft” şirkətin səhmlərinin 49%-nə sahibdir. Mütəxəssislərin fikrincə, şirkətin il üzrə mənfəəti böyük ehtimalla 1 milyard dollara yaxın olacaq.

“OpenAI” 2022-ci ildə istifadəçilərlə interaktiv əlaqədə olan “ChatGPT” xidmətini təqdim edib. Çat-bot aydınlaşdırıcı suallara cavab verə, səhvləri etiraf edə, yanlış fərziyyələrə etiraz edə və uyğun olmayan sorğuları rədd edə bilər. Xidmətin imkanları geniş ictimaiyyətin diqqətini cəlb edib. 2023-cü il martın 14-də şirkət təbii dilin emalı alqoritminin yeni nəslini – GPT-4 modelini nümayiş etdirib.

Son xəbərlər
Digər xəbərlər