17 C
Baku
Tuesday, October 28, 2025

“ChatGPT”nin yaradıcısı: Bəzi peşələr yoxa çıxacaq

“OpenAI” şirkətinin rəhbəri və “ChatGPT”nin yaradıcısı Sam Altman süni intellektlə bağlı açıqlaması ilə sosial mediada böyük müzakirə yaradıb.

“DevDay 2025” konfransında çıxış edən Altman bəzi peşələrin süni intellekt dövründə yoxa çıxacağını bildirib.

Onun sözlərinə görə, süni intellekt cəmiyyətə hansı fəaliyyətlərin həqiqi dəyər yaratdığını, hansının isə əməyin təqlidi olduğunu göstərəcək.

Qeyd edək ki, S. Altmanın fikirləri sosial mediada tənqid və mübahisələrə səbəb olub.

Xatırladaq ki, bundan öncə də amerikalı milyarder və iş adamı İlon Mask da yaxın gələcəkdə süni intellektin inkişafı milyonlarla insanı işsiz qoyacağını və insanların artıq işləməyə ehtiyac duymayacaqlarını söyləmişdi.

Son xəbərlər
Digər xəbərlər