“ChatGPT” çat-botunun yaradıcısı olan “OpenAI” şirkəti “Google”un “Chrome” brauzerini almaqda maraqlı olduğunu bildirib. Qeyd edək ki, “ChatGPT” indi də “Chrome” brauzerinə qismən inteqrasiya olub, lakin çat-botun məhsul rəhbəri Nik Terlinin sözlərinə görə, daha dərin inteqrasiya mükəmməl məhsul yaratmağa kömək edəcək.
Cənab Terli ABŞ Ədliyyə Nazirliyi tərəfindən axtarış sistemləri bazarında rəqabətin bərpası ilə bağlı işdə ifadə verməyə çağırılıb. Keçən il federal hakim “Google”un bazarda monopolist olduğunu təsdiqləyib. Ədliyyə Nazirliyi “Google”dan “Chrome” brauzerindən imtina etməyi tələb edib.
“Google” hesab edir ki, hökumətin bu təklifi şirkətin gündəlik məhsullarını pisləşdirəcək və istehlakçılara zərər verəcək. Eyni zamanda, ABŞ-nin texnologiya sahəsində “Google”un liderliyini sarsıdacaq.