6 C
Baku
Wednesday, January 15, 2025

“ChatGPT”yə yeni funksiyalar əlavə olunub

“OpenAI” şirkəti “ChatGPT”yə yeni “Tasks” funksiyasını əlavə edib. Bu yenilik istifadəçilərə xatırlatma və ya gələcəkdə təkrarlanan sorğuları planlaşdırmağa imkan verəcək, “The Verge” yazır.

Məsələn, istifadəçi , “ChatGPT”dən altı ay sonra ona müddəti bitmiş pasportu dəyişdirməyi xatırlatmağı və ya hava proqnozuna əsasən hər cümə günü həftəsonu planı hazırlamağı xahiş edə bilər.

Yenilik “Plus”, “Team” və “Pro” istifadəçiləri üçün əlçatandır. Onun digər istifadəçilər üçün nə zaman aktiv olacağı açıqlanmır.

“TechCrunch” qeyd edir ki, “OpenAI” həm də “qabaqcıl” AI agentini buraxmağa hazırlaşır. Nəşrin məlumatına görə, süni intellekt agenti istifadəçinin istəyi ilə kompüteri idarə edə biləcək – məsələn, kod yazmaq və ya səyahət biletlərini bron etmək. Yenilik 2025-ci ilin yanvarında təqdim oluna bilər.

Son xəbərlər
Digər xəbərlər