24 C
Baku
Saturday, August 2, 2025

“Chevrolet Corvette” modeli nümayiş olunub

“General Motors” konserninin Kaliforniyada yerləşən “Pasadena Advanced Design” dizayn studiyası gələcək “Chevrolet Corvette” layihəsini təqdim edib.

Bu, 10-cu nəsil “Corvette” modelinin necə görünə biləcəyi mövzusunda bir nümunədir.

Hazırda bazarda modelin səkkizinci nəsli mövcuddur. Dizaynerlərin fikrincə, növbəti mərhələdən sonra “Corvette” tam elektriklə işləyən hiperkar olacaq.

Yeni hiperkarın ölçüləri belədir: 2 767 millimetrlik təkər bazası ilə ümumi uzunluğu 4 669 mm, eni 2 184 mm, hündürlüyü isə cəmi 1 051 mm təşkil edir. Bu göstəricilərlə konsept model mövcud “Corvette C8″dən bir qədər uzun və xeyli daha alçaqdır.

Təkər disklərinin ölçüləri ön hissədə 21 düym, arxa hissədə isə 22 düymdür.

UFH9HrAIYmn3cQ3SDiAkM99Np9KQF0kMGmcF4r89 640 cRQ0GGzSsZ7dUM0yTtvm1Jk7XgYBXo4Rt6FmKXJJ 640

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər