12 C
Baku
Monday, November 25, 2024

“Chevrolet” yenilənmiş “Blazer” krossoverini təqdim edib – Fotolar

“Chevrolet” yenilənmiş “Blazer” krossoverini təqdim edib. Avtomobil dizaynda kiçik dəyişiklər alıb, buna görə də onları gözlə görmək olduqca çətindir. Buna baxmayaraq, bir neçə maraqlı yeniləmə var.

6f17501d14e5fd65f15692e1adc271fae9caa98a

Banker.az xəbər verir ki, mərkəzi konsol üzərində əlavə məlumat-əyləncə monitoru yerləşdirilib. Modul ölçüsünə görə artıb – əvvəlki 8 düym indi 10 düym olub. İdarəetmə paneli lazımi məlumatlara çıxışı daha rahat etmək üçün böyük ölçüləri ilə diqqəti cəlb edir.

38adf40cace0b1116a9e5e7e428478edb9806244

Avtomobil üçün təkərlər üç variantda təklif olunur – 18, 20 və 21 düym. Bundan əlavə, kuzov rənglərində yeni çalalar meydana gəlib. Kapotun altında 228 at gücünə malik 2.0 litrlik turbomühərrik yer alıb. Premium versiyalarda 308 at gücünə malik 3.6 litrlik mühərrik əlçatan olacaq. Avtomobilin satışları bu ilin yayında başlayacaq.

6321403f595102ca2bcfbf151030467cce583846 38d7803d925213c379e11dacd4435d7c3e086ffc 66513ab99e1a48899d66fa272a646b5c5ad3bf8b 630e7a936543f6b3b5d39c28c52cbff155ff8fb1

Son xəbərlər
Digər xəbərlər