“Chevron” Afrikada iri neft və qaz yataqları aşkarlayıb

“Chevron” neft-qaz şirkəti Anqolada əhəmiyyətli neft və qaz kondensatı yataqları aşkarlayıb.

Bu barədə ABŞ şirkətinin bəyanatında bildirlib.

Şirkət aşkar edilmiş yatağın mövcud infrastruktura qoşulması imkanını nəzərdən keçirir ki, bu da onun işlənməsini sürətləndirməyə və xərcləri azaltmağa imkan verəcək. 0-cı blokun operatoru qismində 39,2% payla “Chevron”un törəmə strukturu olan “Cabinda Gulf Oil Company” çıxış edir.

Layihənin digər iştirakçıları 41% payla Anqolanın “Sonangol” dövlət şirkəti, 10% payla “TotalEnergies” və 9,8% payla “Azule Energy”dir.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər