6 C
Baku
Thursday, February 13, 2025

“Chevron” işçi qüvvəsinin 20%-ni ixtisar edir

Amerikanın neft və qaz şirkəti “Chevron” 2026-cı ilin sonuna qədər işçi qüvvəsinin 15%-dən 20%-nə qədər ixtisar etməyi planlaşdırır. Şirkətin 40 minə yaxın işçisi var, yəni 8 minə qədər işçini ixtisar edəcək. İxtisarlar “Chevron”un xərcləri azaltmaq və strukturunu sadələşdirmək planlarının bir hissəsidir. Onun rəhbərliyi işçilərin işdən çıxarılmasının 2026-cı ildə 3 milyard dollara qənaət etməyə kömək edəcəyinə ümid edir.

Keçən ilin sonunda “Chevron” 2021-ci ildən bəri ilk dəfə olaraq 2025-ci ildə kapital xərclərini azaldacağını bildirmişdi. Digər neft və qaz şirkətləri kimi, “Chevron”un da qazancı son vaxtlar enerjiyə tələbatın azalması və müvafiq olaraq qiymətlərin aşağı düşməsi fonunda azalır.

Bundan əlavə, “Chevron”un Amerika şist nefti istehsalçısı “Hess”i 53 milyard dollara alması ilə bağlı böyük sövdələşmə dayanıb. Müqaviləni məhkəmədə Qayana layihəsində iştirak edən “Exxon” əngəlləyir.

Son xəbərlər
Digər xəbərlər