6 C
Baku
Thursday, December 26, 2024

“Chevron” Kanadadakı aktivlərini 6.5 mlrd. dollara satır

Amerikanın neft və qaz nəhəngi “Chevron” korporasiyasının rəhbərliyi “Athabasca Oil Sands” layihəsində 20%, “Duvernay” şistində isə 70% payın satışına dair “Canadian Natural Resources Limited” şirkəti ilə yekun razılığa gəldiyini açıqlayıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Sazişin predmeti olan aktivlərin ümumi hasilatı royaltilər çıxılmaqla 2023-cü ildə gündə 84 min barel neft ekvivalentində olub. Əməliyyat həcmi təxminən 6.5 milyard dollar təşkil edəcək. Müqavilə nağd şəkildə ödəniləcək və bu ilin dördüncü rübündə bağlana bilər. Xatırladaq ki, “Chevron” əvvəllər aktiv portfelini optimallaşdırmaq üçün 2028-ci ilə qədər 10-15 milyard dollar dəyərində aktiv satmağı planlaşdırırdı.

“Freedom Finance Global”ın analitikləri aktivlərin satışı ilə bağlı əvvəllər elan edilmiş planlarını nəzərə alaraq, sövdələşməyə neytral yanaşırlar.

Son xəbərlər
Digər xəbərlər