Amerikanın “Chevron” neft və qaz şirkəti “Exxon Mobil” ilə uzun sürən mübahisədə qalib gələrək, dünyanın ən perspektivli neft layihələrindən biri – Qayanadakı yatağa çıxışı olan “Hess” şirkətini 53 milyard dollara alışını tamamlamaq imkanı qazanıb, “The Wall Street Journal” yazır.
“Chevron” şirkəti “Hess” şirkətinin alışı ilə bağlı hələ 2023-cü ilin oktyabrında razılığa gəlib. Məlumata görə, “Chevron”un payına Qayanadakı “Stabroek” blokun 30%-i düşür. “Exxon” layihənin operatorudur və 45%-ə, Çin Milli Dəniz Neft Korporasiyası (CNOOC) isə daha 25%-ə sahibdir. Hər ikisinin yatağı almaq üçün prioritet hüququ olub, buna görə də “Exxon” 2024-cü ilin mart ayında məhkəməyə müraciət edib. Cümə günü beynəlxalq arbitraj məhkəmə “Chevron”un tərəfini tutub və “Exxon”un iddialarını rədd edib.
“WSJ”nin qeyd etdiyi kimi, uzun sürən məhkəmə çəkişmələri “Chevron”un səhmlərinin qiymətinə mənfi təsir göstərib və bütün sövdələşməni təhlükə altına qoyub. Mübahisədəki qələbə şirkətin mövqeyini gücləndirib və investorların uzunmüddətli perspektivləri ilə bağlı bəzi narahatlıqlarını aradan qaldırıb.