ABŞ-ın neft şirkəti “Chevron Corp” ölkənin digər enerji şirkəti “Noble Energy”ni 5 milyard ABŞ dolları dəyərində hissə mübadiləsi ilə satın alacağını açıqlayıb.
Bununla da “Chevron” qaya nefti yataqlarını genişləndirəcək.
Məlumata görə, bu razılaşma ilə “Chevron” ötən ilin sonunda təbii qaz hasilatına başlanılan Şərqi Aralıq dənizindəki ən böyük yataq “Leviathan”a da tərəfdaş olacaq.
““Chevron” kəşfiyyat və istehsal şirkətlərinə qarşı güclü, nisbi performansından istifadə edir. Beləliklə də bəzi yüksək keyfiyyətli aktivləri almaq üçün böhrandan istifadə edir”, – deyə Londonda yerləşən müstəqil neft və dağ-mədən məsləhətçisi “Palissy Advisors”ın prezidenti Anish Kapadia bildirib.