10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

“China Southern Airlines” aviaşirkəti Quançjou-Bakı aviareysi üzrə uçuşları dayandırıb

“China Southern Airlines” aviaşirkəti Quançjou-Bakı-Quançjou birbaşa sərnişin aviareysi üzrə uçuşları dayandırıb.

Bu barədə şirkətin Bakıdakı ofisindən bildirilib.

Məlumata görə, buna səbəb Çində tüğyan edən koronavirus olub: “Quançjou-Bakı aviareysi cari ilin aprel ayının 1-dək dayandırılıb. Sözügedən reys üzrə uçuşların bərpa olunmasının dəqiq tarixi bilinmir”.

Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 132 nəfərə çatıb, ümumilikdə isə təxminən 6 min nəfər bu virusa yoluxub.

©APA

Son xəbərlər
Oxşar xəbərlər