Chris Bailey: “Hər şeyi nəzarət altında saxlamağa çalışmayın”

A life of productivity həyatı bloqun müəllifi uzaq gələcək üçün plan qurmağı təklif etmir, çünki onun fikrincə, bu heç bir fayda vermir

Beşillik planların insanlara heç bir fayda vermədiyini əvvəl də demişdim. Əgər beş il sonra nəyə nail olacağınızı dəqiq bilmirsinizsə, ya çox ehtiyatlısınız, ya da sizi gözləyən riskləri nəzərə almırsınız. Eyni şəkildə insan karyerasının necə inkişaf edəcəyini bilmir. Steve Jobs demişdir: “Siz nöqtələri irəliyə baxaraq birləşdirə bilmərsiniz, bunu yalnız geriyə baxaraq edə bilərsiniz”.

Qeyri-sabit dünyamızda gələcəkdə bir karyera planlaşdırmağımızn heç bir mənası yoxdur – xüsusilə, onun necə olacağını proqnozlaşdırmağa çalışmaq.

Biz – insanlar – bir-birimizə (və özümüzə) danışdığımız hekayələrə böyük dəyər veririk, buna görə karyeramızın necə inkişaf edəcəyini bilmək (və ya idarə etmək) istədiyimiz məntiqli görünür.

Lakin insanın karyera yoluna təsir göstərən saysız-hesablar amillər var – məsələn, imtiyazlar, gözlənilməz fürsətlər, təhdidlər və ya şans – buna görə nə gələcəyi proqnozlaşdıra, nə də tamamilə hər şeyə nəzarət edə bilmirik. Və bu normaldır. Karyera inkişafını bu qədər həyəcanverici edən şey budur: çox çalışmalısan, sürətlə dəyişən reallığa uyğunlaşmalısan və geniş düşünməlisən. Buna baxmayaraq, heç kim hadisələrin necə inkişaf edəcəyini dəqiq bilmir.

Beləliklə, bu qeyri-müəyyənliklə razılaşmaq üçün nə edə bilərsiniz? Sizə gözlənilməz gələcəyə əsaslanmağa kömək edəcək bəzi yanaşmaları təklif edirəm.

Plan qurmaq əvəzinə tutduğunuz istiqamətin düzgün olub-olmadığını, o cümlədən istədiyiniz sürətlə irəlilədiyinizi yoxlayın. Əgər cavabınız müsbətdirsə, onda işinizi davam etdirin. Əgər mənfidirsə, məşğul olduğunuz layihələri, vərdişlərinizi tənzimləməyə çalışın – və ya digər şirkət və ya iş haqqında düşünün. Effektiv iş vərdişlərini inkişaf etdirmək və düzgün layihələr üzərində işləmək – karyera uğurunu müəyyən edən ən vacib amillərdən biridir. Üstəlik, həyat günün səkkiz saatını sevmədiyiniz işə xərcləmək üçün çox qısadır.

İkincisi, bütün işlərinizi həll edə bilmirsinizsə, narahat olmayın. Dünya nə qədər qeyri-müəyyən olursa, gələcəyə nəzarət də bir o qədər zəifləyir – qeyri-müəyyənlik dumanı üfüqi tutur. Ancaq bunun pis bir şey olduğunu düşünməyin. Bu əladır! Bu o deməkdir ki, iş sizin üçün çox maraqlıdır. Əgər siz bu bloqun tipik oxucusunuzsa və karyeranızın inkişafı üçün trayektoriya çəkə bilmirsinizsə, nəyisə bilməməyin normal bir şey olduğuna inanın.

Üçüncüsü, planlaşdırın, amma hər şeyin dəyişəcəyini gözləməyin. Xüsusilə də qlobal pandemiya zamanı! İşim olduqca qeyri-müəyyən olsa da, mən də növbəti 12-18 ay üçün plan qururam. Əsasən növbəti çıxışlarımı qeyd etməyə çalışıram, çünki planlama işimin digər elementlərini strukturlaşdırmağa kömək edir. Bu cür vaxt intervalının əksər işçilər üçün təəccüblü dərəcədə uğurlu olduğunu gördüm.

Bir qayda olaraq, layihələrin müddəti, gələcəyi nə qədər uzaq planlaşdıra biləcəyimizi müəyyən edir. Əgər proqnozlaşdırıla bilən, çoxillik layihə üzərində işləsəniz, daha uzunmüddətli gələcək planlaşdıra bilərsiniz. Və əksinə, layihələr qısamüddətlidirsə və ya işiniz çox əhəmiyyətli deyilsə, yəqin ki, azadlığa sahib olmayacaqsınız.

Biz yaxın gələcəyi formalaşdıra bilərik, lakin bütün karyera boyunca nəzarəti əlimizdə saxlaya bilmərik. Edə biləcəyimiz ən yaxşı şey – əks-səda doğuran və içimizdə güclü vərdişlər inkişaf etdirən layihələr götürməkdir. Növbəti döngədə nə olacağını bilməsəniz də, ən azı irəli getdiyinzə əmin ola bilərsiniz.

 

 

 

 

 

 

 

 

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.