15 C
Baku
Saturday, April 27, 2024

Christiano Ronaldo-nun dəyəri bəlli oldu

Valensiya Politexnik universitetindən olan araşdırma qrupu “Real Madrid” futbol klubunun ulduzu Christiano Ronaldo-nun dəyərini hesablamışdır. Marca-nın verdiyi məlumata görə, 30 yaşlı portuqaliya 149 milyon avro dəyərində qiymətləndirilmişdir.

Bu rəqəm son zamanlar həyata keçirilən nəhəng transferlərin müqayisə edilməsi fonunda alınmışdır. Məsələn, araşdırmaçılar əsas diqqət mərkəzində Luis Suarezin Liverpuldan Barselona klubuna (təqribən 80 milyon avro), Diego Kostanın Atletikodan Çelsiyə (38 milyon avro) və Gareth Bale-in Tottenhamdan Reala (100 milyon avro) keçməsini saxlamışlar.

Bundan əlavə, araşdırma zamanı yaş, oyun statistikası və Ronaldonun şəxsi keyfiyyətləri də əsas götürülmüşdür. Alimlər belə hesab edir ki, onlar tərəfindən yaradılan üsulla gələcəkdə futbolçuların optimal dəyərlərini hesablamaq mümkün olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər