“Christie’s” hərrac evi ilk dəfə kriptovalyutada ödəniş qəbul edəcək

“Beeple” ləqəbi ilə tanınan rəssam Mayk Vinkelmannın “Everydays: The First 5000 Days” adlı rəqəmsal əsəri “Christie’s” hərrac evində Etherium kriptovalyutasında satışa çıxarılacaq.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Hərrac evinin nümayəndələrinə istinadən verilən məlumata görə, ödənişi həmçinin ABŞ dolları ilə etmək mümkün olacaq.

Bildirildiyi kimi, Mayk Vinkelmann 13 il ərzində hər gün bir əsər yaradır. Onun işləri blokçeyn və tokenlər vasitəsilə satılır. “Christie’s” hərrac evinin nümayəndəsi Noa Devis ona Şimali Koreya Xalq Respublikasının lideri Kim Çen İn, müğənni Maykl Cekson və “Oyuncaqlar hekayəsi” cizgi filminin personajı Bazz Layterin karikaturalarını hərraca çıxarmağı təklif edir.

Qeyd edək ki, Maykl Vikelmannın sərgisi fevralın 25-də onlayn formatda keçiriləcək və bir həftə davam edəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.