Chuck Taylor All Star ketləri Converse firmasının icadıdır. Bu ketlər artıq yüz ildən çoxdur ki, öz məşhurluqlarını itirmirlər.
1917-ci ildə yaradılmış bu model basketbolçu Çak Teylorun sayəsində məşhurlaşır.
Bu ayaqqabı haqqında maraqlı faktlar:
1 . Şirkətin banisi Markus Mills Konversin pilləkənlərdən yıxıldığı və xəsarət aldığından sonra bu ketləri yaratdığına aid bir versiya mövcüddur. Bu hadisədən sonra onun ağlına altı rezin sürüşkən olmayan ayaqqabı yaratmaq gəlir.
2 . İlk olaraq ketlər basketbolçular üçün istehsal olunurdu və yalnız xüsusi mağazalarda satılırdı.
3 . İlk 60 il ketlərin rəng çeşidləri məhdud idi. Onlar yalnız altı rəngdə istehsal olunurdu. Qeyd etmək lazımdır ki, klassik ağ, qara və qırmızı rəngdə olan ketlərə hal-hazırda da tələbat var.
4 . Chuck Taylor ayaqqabılarının digər pərəstişkarı da Elvis Presli olub. Müğənnin bir neçə şəkilləri bunu sübut edir.
5 . Bu ketləri həmçinin Kurt Kobeyn də sevirdi. Ehtimal edilir ki, Kurt Kobeyin sayəsində ketlər 90-cı illərdə məşhurlaşırlar.
6 . 1917-ci ildən etibarən 550 miyondan çox ket cütü buraxılıb. Bu göstərici idman ayaqqabıları istehsal edən şirkətlər arasında rekord bir göstəricidir.
7 . İkinci Dünya müharibəsi zamanı Chuck Taylor ketlərində amerika əsgərləri məşqlər edirdilər. Hətta Yaponiyanın hücumundan sonra ABŞ-ın hərbi hava qüvvələri üçün xüsusi «А6 Flying» seriyası istehsal olunmuşdu.