“Cib Pay” MMC-nin nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, şirkət nizamnamə kapitalını 20 min manat artıraraq 1 milyon 287 min manata çatdırıb.
Xatırladaq ki, bundan əvvəl MMC nizamnamə kapitalını 200 min manat artıraraq 1 milyon 267 min manata qaldırmışdı.
Onu da bildirək ki, “Cib Pay” MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Söhrab Fərhadovdur. CİB Pay çox funksiyalı ödəniş xidmətləri təchizatçısıdır. Müxtəlif ödəniş kanalları üzərindən pul vəsaitlərinin toplanmasını həyata keçirir.






