21 C
Baku
Tuesday, May 21, 2024

Cicurina hörümçəyi 15 000 000 dollarlıq tikilinin inşasını yarıda qoydu

Daha doğrusu hörümçəyin özü deyil, San-Antonio rəsmilərinin avtomobil yolu çəkmək istədiyi yerdə bu hörümçək növünün mövcudluğu faktıdır. Cicurina vespera mağaralarda yaşayan, zəhərsiz nadir hörümçək növüdür. İnsanlar bu növün nümayəndəsi ilə son dəfə 30 il əvvəl qarşılaşmışdılar. 

ABŞ-ın balıqçılıq və vəhşi təbiət idarəsi bu həşəratları öz təbii yuvalarında narahat etməmək üçün bütün işləri dayandırmağı və yolun çəkilməsi üçün başqa uyğun ərazinin tapılmasını əmr edib. Qeyd edək ki, layihəyə 15 000 000 dollar məbləğin ayrılması da dövlət rəsmilərini dayandırmayıb. Təbiət daha vacibdir…

Düzdür, yerli əhali bu qərarı elə də xoş qarşılamayıb. Belə ki, yeni yol tıxac və avtomobil sıxlığı problemini həll etməli idi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər