1. Kan və Orben aksiomu:
Əgər artıq heç bir şey kömək etmirsə, nəhayət ki, təlimat kağızını oxuyun!
2. Yanq qanunu:
Bütün dahi ixtiralar səhvən edilir.
3. Meksimen qanunu:
İşi tam olaraq yerinə yetirmək üçün heç vaxt zaman kifayət etmədiyi halda, onu yenidən etmək üçün vaxt tapılır.
4. Finqeylin 8-ci qanunu:
Komandada iş çox vacibdir. Bu günahı başqasının üzərinə atmağa imkan verir.
5. Lerman qanunu:
Daim ya pul, ya da zaman çatışmamazlığından əziyyət çəkəcəksiniz.
6. Merfi elmi araşdırmalar qanunu:
Öz nəzəriyyənizi qorumaq üçün çoxlu sayda araşdırma aparmaq olar.
7. Ettore müşahidəsi:
Yan sıradakı növbə daha sürətlə irəliləyər.
8. Seqal qanunu:
1 saatı olan şəxs saatın neçə olduğunu dəqiq bilir. Bir neçə saata sahib olan şəxs isə heç bir şeydən əmin deyil.
9. Riçard qarşılıqlı asılılıq qanunu:
Uzun müddət saxladığınız bir əşya sizə gərək olmur və atırsınız. Onu atdığınız kimi də dərhal olaraq ona ehtiyacınız yaranır.
10. Kolbasa prinsipi:
Kolbasanı sevən və qanuna hörmətlə yanaşan şəxs, onun necə hazırlandığını görməsə yaxşıdır.
11. Harrison aksiomu:
Hər bir fəaliyyətə əks olan bərabər şəkilli tənqid mövcuddur.
12. Dry professional təcrübə qanunu:
Hamıdan az vergi verən şəxs, hamıdan çox şikayət edir.
13. Van Roy qanunu:
Sınmayan oyuncaq – onunla digər oyuncaqları sındırmaq üçün faydalıdır.
14. Axtarış qanunu:
Axtarışa ən uyğunsuz yerdən başlayarıq.
15. Banan prinsipi:
Əgər yetişməmiş bananlar almısınızsa, onlar heç yetişənə qədər qalmayacaqlar. Yox əgər, yetişmiş bananlar almısınızsa, sona qədər yeyib qutarana qədər xarab olacaqlar.