17 C
Baku
Saturday, May 25, 2024

“Çili Azərbaycanla əməkdaşlıq üçün açıqdır”

“Çili Azərbaycanla əməkdaşlıq üçün açıqdır”.

Bunu Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Fidel Koloma Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Sakit okean: Azərbaycan və Latın Amerikası ölkələri arasında əlaqələndirici halqa rolu oynayan Sakit okean alyansı” mövzusunda keçirilən “dəyirmi masa”da bildirib.

Diplomat deyib ki, Pasifik Alyans üzv ölkələr arasında iqtisadi əməkdaşlığı inkişıaf etdirmək məqsədini daşıyır.

“Biz Azərbaycanda olmağa çox şadıq, çünki Azərbaycan Cənubi Qafqazda Alyansın bütün üzv ölkələrinin təmsil olunduğu yeganə ölkədir”, – o vurğulayıb.

Xatırladaq ki, ticarət bloku olan Sakit okean alyansına 4 Latın Amerikası ölkəsi – Meksika, Peru, Çili və Kolumbiya daxildir. Azərbaycan təşkilatda müşahidəçi qismində təmsil olunur.

Ötən ilin dekabr ayında Sakit okean alyansının Bakıda ofisi açılıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər