Çilidə keçirilən prezident seçkilərinin ikinci turunda ifrat sağçı namizəd Xose Antonio Kast qalib gəlib. Seçicilərin 58%-i ona səs verib. 51 yaşlı kommunist deputat Janet Hara 42% səs toplayıb və artıq məğlubiyyətini etiraf edib.
Kastın seçkiöncəsi vədlərinə ABŞ-nin İmmiqrasiya və Gömrük Xidməti nümunəsində qanunsuz olaraq ölkədə olan miqrantların sürətli saxlanılması və deportasiyası üçün xüsusi polis qurumunun yaradılması daxildir. O, həmçinin dövlət xərclərinin kəskin şəkildə azaldılması ideyasını fəal şəkildə təşviq edib.
Bu seçki kampaniyası Kast üçün prezident postuna üçüncü namizədlik cəhdi olub. O, 2021-ci ildə keçirilən seçkilərin ikinci turunda solçu namizəd Qabriel Borisə uduzmuşdu.








