35 C
Baku
Wednesday, September 3, 2025

Çimərliklərdə əsaslı tikililərə icazə verilməyəcək

Çimərliklərdə əsaslı tikililərə icazə verilməyəcək.

Bunu Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib.

Onun sözlərinə görə, söhbət yalnız yüngül konstruksiyalı obyektlərin yerləşdirilməsindən gedə bilər.

“Qanunvericiliyə əsasən, sahil zonasında əsaslı tikintiyə yol verilmir, çünki onlar vətəndaşların hərəkətinə mane ola bilər. Çimərliklər ictimai ərazilərdir və hər kəsin sərbəst istifadəsinə açıq olmalıdır. Yalnız konteyner tipli yüngül obyektlərdən istifadə edilə bilər”, – deyə turizm rəsmisi əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər