5 C
Baku
Saturday, December 14, 2024

Cim Danbar: xroniki gecikmə xəstəsi…

Bizlərdən hər birimiz həyatımız boyu harasa mütləq olaraq gecikmişik, işə, dərsə, hətta öz toyuna gecikən insanlar belə var. Lakin Cim Danbar dünyada gecikən insanlar arasında rekorda sahibdir. 57 yaşlı bu kişi daim gecikir.

Nə qədər inanılmaz olsa da, o bu yaxınlarda kinoteatra 20 dəqiqə gecikib. Kimin başına gəlmirki? Lakin burada bir məsələ var ki, o seansın başlamasından 11 saat əvvəl kinoya yollansa da yenə də gecikib.

Bu şotlandiyalı şəxs özünü heç cür vaxtında gəlməyə məcbur edə bilmir. O etiraf edir: “Mən öz anamın dəfninə vaxtında çata bilmədim. Bir dəfə isə dostumla birlikdə səfərə yollanmaq üçün razılaşdım və 4 saat gecikdim. Bu bütün həyatım boyu davam edir”.

San-Fransisko universitetinin əməkdaşlarının bu yaxınlarda apardığı araşdırmanın nəticələri sadəcə heyrət doğurur. Belə ki, eksperimentin 200 iştirakçısının 17 faizi (34 nəfər) gecikməyə qarşı böyük meyilliliyə sahibdirlər. Bu “qrupun” bütün üzvləri oxşar davranış tərzinə, həmçinin özünü idarə ilə bağlı eyni problemlərə sahib idilər.

Bu eksperiment haqqında oxuyan Danbar Ninewells xəstəxanasına yollanır və ona burada “xroniki gecikmə” diaqnozu qoyulur.  Həkimlər belə güman edirlər ki, bu sindromun yaranmasına səbəb diqqət və hiperaktivliyin olmamasıdır ki, bu da “xəstənin” bu və ya digər tapşırığın icrası üçün nə qədər zamanın tələb olunduğunu təyin edə bilməməsi deməkdir.

Lakin heç də bütün həkimlər Danbar-ın diaqnozu ilə razı deyillər. Londonda “Harley Therapy Clinic” klinikasının direktoru və psixoterapevti Şerri Cekobson belə hesab edir ki, Danbar-n daim gecikməsinə səbəb vərdiş və yaxud depressiya ola bilər. O bildirmişdir ki, tibbdə “xroniki gecikmə” diaqnozu yoxdur və bu hər hansı digər xəstəliyə görə və yaxud vərdiş səbəbindən baş verir.

Lakin həkimlərin mübahisələrindən asılı olmayaraq xroniki gecikmənin dərmanı yoxdur. Bununla yanaşı, Danbar onun sindromunu işıq üzünə çıxardıqlarına görə həkimlərə minnətdarlıq edir.

Hazırda Danbar əlavə müayinələrdən keçir və mütəmadi olaraq psixoterapevti ziyarət edir. Belə ki, uzun müddətli gecikmələr səbəbindən ona depressiya diaqnozu qoyulmuşdur. Bundan əlavə, həkimlər onun “xroniki gecikməsinin” əsl səbəbini araşdırmağa çalışırlar.

Son xəbərlər
Digər xəbərlər