15 C
Baku
Sunday, November 24, 2024

Çinə birbaşa xarici investisiyalar altı ayda 29%-dən çox azalıb

Yanvar-iyun aylarında Çinin materik hissəsinin iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 29,1 faiz azalaraq 498,91 milyard yuana (68,7 milyard dollar) enib.

Bu barədə ÇXR Ticarət Nazirliyi məlumat yayıb.

Məlumata görə, bütün xarici investisiyaların 12,8 faizi yüksək texnologiyalı istehsal sahələrinə yönəldilib. Bununla yanaşı, tibbi avadanlıq və peşəkar texniki xidmətlər sektoruna xarici investisiyalar illik müqayisədə müvafiq olaraq 87,5 faiz və 43,4 faiz artıb.

Çinə birbaşa xarici investisiyalarda ən böyük pay sahibləri Almaniya (18,1 faiz) və Sinqapurdur (10,5 faiz).

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər