9 C
Baku
Wednesday, November 13, 2024

Çinə birbaşa xarici investisiyalar ikinci rübdə $14.8 mlrd. azalıb

Çin Xalq Respublikasının Dövlət Valyuta Administrasiyasının məlumatlarına əsasən, xarici investorlar ikinci rübdə ölkədən 14.8 milyard dollar çıxarıblar, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Statistika tarixində ikinci dəfədir ki, ölkədə rüblük birbaşa xarici investisiya göstəricisi (FDI) mənfiyə düşüb. Xarici kapitalın ilk axını ötən ilin üçüncü rübündə qeydə alınıb. Həmin dövrdə Çinin tədiyyə balansında birbaşa xarici investisiya öhdəlikləri 11.8 milyard dollar azalıb.

“Bloomberg”in sorğusunda iştirak edən analitiklərin fikrincə, FDI-nin azalması Çin və Qərb arasında artan fikir ayrılıqları və Qərb ölkələrinə kapital yatırmaq üçün daha cəlbedici şərtlər səbəbindən xarici biznesin öz vəsaitlərini Çinə yenidən investisiya etmək istəmədiyini göstərir.

Kapital axınını dayandırmağa çalışan Çin hakimiyyəti investorlar üçün dəfələrlə məhdudlaşdırıcı tədbirlər görüb. Belə ki, bu ilin yanvar ayında onlar pərakəndə investorların xarici qiymətli kağızlara investisiya yatıran fondlara çıxışını məhdudlaşdırıblar.

Son xəbərlər
Digər xəbərlər