5 C
Baku
Friday, November 8, 2024

Çinə xarici investisiyalar ardıcıl 12-ci aydır azalır

Çin iqtisadiyyatına birbaşa xarici investisiyalar yanvar-may ayları arasında 412.51 milyard yuan (56.81 milyard dollar) təşkil edib ki, bu da illik müqayisədə 28.2% azalma deməkdir, ölkənin Ticarət Nazirliyi bildirib.

Eyni zamanda, cari ilin ilk dörd ayının nəticələrinə görə, birbaşa xarici investisiyalardakı azalma 27.9% təşkil edib.

Ticarət Nazirliyi uzun sürən azalmanı yüksək baza effekti ilə əlaqələndirir – ötən ilin əvvəlində ölkədə son koronavirus məhdudiyyətləri qaldırılanda investisiya axını rekord səviyyələrə yaxın olub. Hakimiyyət qeyd edir ki, investisiyaların azalmasına baxmayaraq, onların həcmi tarixi baxımdan hələ də çox yüksəkdir.

Son xəbərlər
Digər xəbərlər