10 C
Baku
Friday, December 13, 2024

Çinə xarici investisiyalar ardıcıl üçüncü aydır ki, azalır

Çin Xalq Respublikasının Ticarət Nazirliyinin bu gün, aprelin 19-da dərc etdiyi məlumatlara görə, mart ayında ölkəyə xarici investisiya qoyuluşu 87 milyard yuan (12 milyard dollar) təşkil edib. Bu, ötən ilin mart ayı ilə müqayisədə 38% azdır.

Çinə xarici investisiya axını üçüncü aydır ki, azalıb. Yanvarda investisiyalar 112 milyard yuan (15.5 milyard dollar), fevralda 102 milyard yuan (14 milyard dollar) təşkil edib. Ölkə səlahiyyətliləri investisiyaların ildən-ilə azalmasını yüksək baza effekti ilə izah edirlər – ötən ilin əvvəlində, ölkədə son koronavirus məhdudiyyətləri qaldırılanda investisiya axını rekord səviyyələrə yaxın səviyyədə idi.

Lakin o vaxtdan bəri Çin iqtisadiyyatının dirçəliş dinamikası zəif olaraq qalır ki, bu da xarici investorlar arasında bədbinliyə səbəb olub. Bundan əlavə, bəzi ekspertlər hesab edir ki, Çində tənzimləmənin sərtləşdirilməsi həm də investisiya mühitinin yaxşılaşdırılması və xaricdən yeni vəsaitlərin cəlb edilməsi deyil.

Son xəbərlər
Digər xəbərlər