3 C
Baku
Monday, January 19, 2026

Çin əhalisi 2025-ci ildə 3,4 milyon nəfər azalıb

2025-ci ilin yekunlarına görə Çinin əhalisi 3,39 milyon nəfər azalaraq 1,4 milyarda düşüb. Bu barədə Çinin Dövlət Statistika İdarəsinin məlumatlarında deyilir.

2025-ci il ərzində doğulanların sayı 7,92 milyon nəfər olub, doğum səviyyəsi hər min nəfərə 5,63 təşkil edib. Ölənlərin sayı isə 11,31 milyon nəfər olub, ölüm səviyyəsi hər min nəfərə 8,04 olub. Əhalinin təbii artımı mənfi olub və hər min nəfərə -2,41 təşkil edib.

Statistikada materik Çinin əhalisi üzrə məlumatlar əks etdirilir. Buraya Honq-Konq, MakaoTayvan, eləcə də xarici vətəndaşlar daxil edilmir.

Əvvəllər Çin əhalinin sayına görə dünyada birinci yeri tuturdu. 2023-cü ilin yanvarında məlum olub ki, bu göstərici üzrə onu Hindistan geridə qoyub — həmin vaxt Hindistanın əhalisi 1,423 milyard nəfər təşkil edib. BMT Hindistanın Çinı əhalinin sayına görə ötəcəyini proqnozlaşdırsa da, bunun daha gec baş verəcəyini gözləyirdi.

Son xəbərlər
Digər xəbərlər