28 C
Baku
Saturday, July 27, 2024

Çin 1 aprel tarixindən etibarən dəmiryolu yük daşımalarının tariflərini azaldıb

Çin hökuməti real iqtisadiyyatın dəstəklənməsi çərçivəsində dəmiryolu nəqliyyatı tariflərinin azaldılmasına başlayıb. Banker.az xəbər verir ki, bu haqda 1 aprel tarixində Çinin dəmir yolları Korporasiyası (ÇXK) xəbər verib.

Tariflərin azaldılması, malların nəqlinin ümumi xərcini ildə 6 milyard yuana  (təxminən 893 milyon dollar) qədər azaltmağa imkan verəcəkdir. Bu addım 2017-ci ildən bəri ölkənin həyata keçirtdiyi bir sıra tədbirlər çərçivəsində həyata keçirilir. Bundan əlavə, Çin rəsmiləri yükün ƏDV-ni azaltmaq niyyətində olduqlarını da qeyd edirlər.

ÇXR-in Dövlət Şurası 2020-ci ilə qədər dəmir yolu, çay və dəniz yük daşınmasının məhsuldarlığını optimallaşdırmaq və artırmaq məqsədilə nəqliyyat strukturunun optimallaşdırılması ilə aktiv şəkildə məşğul olur.



Son xəbərlər
Digər xəbərlər